Cümə günü MDB-nin Elektrik Enerjisi Şurasının 45-ci iclası çərçivəsində üç ölkə ekspertlərinin görüşündə Azərbaycan-Rusiya-İran energetika dəhlizinin yaradılması məsələləri müzakirə olunacaq.Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.
“Azərbaycan-Rusiya-İran energetika dəhlizinin yaradılması vacib layihələrdən biridir. MDB Elektrik Enerjisi Şurasının bu günki iclası çərçivəsində enerji sistemlərinin təhlükəsziliyinin və etibarlılığının təmin edilməsi üçün lazım olan kompleks tədbirlərin razılşadırılması məqsədi ilə üç ölkə ekspertlərinin görüşü keçiriləcək”,- deyə N.Əliyev cümə günü Bakıda MDB Elektrik Enerjisi Şurasının iclasında bildirb.
Nazir söyləyib ki, Azərbaycanda müxtəlif dövlət proqramları çərçivəsində milli enerji sisteminin inkişafı üzrə iş aparılır.
“Bununla əlaqdar olaraq mövcud və yeni istilik elektrik stansiyalarının müasirləşdirilməsi, modul tipli elıektrik stansiyalar şəbəkəsinin genişləndirilməsi, elektrik şəbəkələrinin yenilənməsi, elektrik enerjisinin son istehlakçıya tədarükünün artırılmasına xüsusi diqqət ayrılır”,- deyə o əlavə edib.