Azərbaycan prezidenti İlham Əliyev Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Türkiyəni müdafiə edib. Prezident Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” sosial şəbəkəsindəki səhifəsində belə məlumat verib.
“Sərkisyan öz çıxışını tamamilə “soyqırımı” adlandlırdığı sərsəm fikirlərə əsaslanaraq Türkiyəyə hücum etməyə həsr etmişdi. Azərbaycan prezidenti İlham Əliyev cavab olaraq Sərkisyana bildirib ki, o Türkiyənin sammitdə iştirak etməməsindən istifadə edir. “ Siz Türkiyənin burda təmsil olunmamasından istifadə edirsiniz.Lakin mən burdayam və sizə cavab verirəm!”,- deyə N.Məmmədov öz səhifəsində yazıb.