Aprelin 29-da Bakıda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr olunmuş tədbir keçiriləcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nizami Kino Mərkəzində görkəmli xadimə həsr olunmuş Parisdən məktublar" sənədli filminin təqdimatı olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilən filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.