Azərbaycan Dövlət Aqrar Universiteti ( ADAU) ilə Varşava Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu memorandum yaxın gələcəkdə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, eləcədə birgə tədqiqatların aparılması və konfransların keçirilməsinə imkan verəcək” – deyə Varşava Təbiət Elmləri Universitetinin rektoru Alojzi Szimanski bildirib.
ADAU-nun maddi-texniki bazası ilə də tanış olduqlarını bildirən qonaq əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib.
“Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun məktubunda bildirilirdi ki, Polşada da güclü aqrar universitetlər var və onlarla əlaqələrin qurulması zəruridir. Varşava Təbiət Elmləri Universitetində də eyniylə bizdə olan ixtisaslar və fakültələr mövcuddur” – deyən ADAU-nun rektoru İbrahim Cəfərov bildirib.
Yaxın 2 həftə ərzində Gəncədə ADAU ilə Rumıniyanın aqrar universitetlərindən biri ilə əlaqələrin prespektivi müzakirə ediləcək.