Azərbaycan Dövlət Aqrar Universitetinin yeni maşın-traktor parkının və Baytar-Sanitar Ekspertizası Laboratoriyasının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Nyu Holland istehsalı olan 1 ədəd kombayn, “Aqrolizinq”in rayonlardakı bazalarından müxtəlif təyinatlı 16 ədəd traktor və eləcə də dövlət tərəfindən bir neçə traktor universitetin bazasına verilib” – deyə ADAU-nun rektoru İbrahim Cəfərov bildirib.
Rektorun sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamı ilə 2 ədəd “Hunday” markalı avtobus və 1 ədəd “Peuqeot” markalı mikroavtobus da alınıb.
“Yeni istifadəyə verilən Baytar-sanitar Laboratoriyası isə həm quşçuluq, həm də ərzaq məhsullarının keyfiyyətinin ekspertizasında mühüm rolu olacaq” – deyən rektor universitetin maddi-texniki bazasının gücləndirilməsində məqsədin kənd təsərrüfatının bütün sahələrini əhatə edən mərkəzlərin yaradılması və ölkənin yeganə aqrar universitetini dünyanın aparıcı universitetləri ilə rəqabətə davamlı olmasını təmin etməkdir.