Bazar ertəsi Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun başçılıq etdiyi nümayəndə heyətinin Braziliyaya işgüzar səfəri başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Braziliya Federativ Respublikası Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə baş tutan səfər aprelin 29-na qədər davam edəcək.