Rusiya bundan sonra Ukraynaya qarşı təcavüzü davam etdirsə, ABŞ RF iqtisadiyyatının bank və müdafiə sektorlarına sanksiya qoya bilər. Belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.
“Rusiya bundan sonra Ukraynaya təcavüzü davam etdirsə, biz Rusiya iqtisadiyyatının sektorlarına, xüsusən bank və müdafiə sektorlarına sanksiyalar tətbiq edəcəyik”, - deyə Ağ Ev rəhbəri Manilada keçirilən mətbuat konfransında bildirib.
“Bunlar gələcəkdə vəziyyətin gərginləşməsi müşahidə olunarsa, atacağımız əlavə addımlardır”,- deyə o əlavə edib.
Daha əvvəl B.Obama bildirib ki, Vaşinqton bazar ertəsi sanksiyaların tətbiq ediləcəyi rusiyalı şəxslərin və şirkətlərin siyahısını genişləndirəcək.