Azərbaycan və Bosniya və Herseqovinanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zlatko Lagumdziya ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnundurlar. Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat verir.
Bazar ertəsi tərəflər arasında baş tutan görüşdə siyasi, iqtisadi, ticarət və sərmayələr sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.