İcbari Sığorta Bürosu (İSB) vətəndaşların sağlamlığına zərər dəyməsi ilə əlaqədar ümumi məbləği 3 min manat olan iki kompensasiya ödənişi həyata keçirib. Bu barədə İSB-nin məlumatında qeyd edilir.
“26.11.2013-cü il və 09.12.2013-cü il tarixlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 2 Azərbaycan vətəndaşının az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar onların hər birinə 1,5 min manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə köçürülüb”- deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, İSB 2013-cü ildə ümumi məbləği 54,391 min manat olan 24 kompensasiya ödənişi həyata keçirib.