Hesablama Palatası və Vergilər Nazirliyi “Holcim (Azərbaycan)” ASC-də birgə yoxlama aparacaq. Bu barədə Palatanın məlumatında deyilir.
Yoxlamanın məqsədi şirkətin vergi ödənişlərinin qanunvericiliyə uyğunluğunun təhlilidir.
Bundan başqa, Hesablama Palatası Zərdab rayon İcra Hakimiyyətində yoxlama aparacaq. Məqsəd dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinin təhlilidir.
“Holcim (Azərbaycan)” ASC-nin səhmdarları İsveçrənin “Holcim” şirkəti (69%), Azərbaycan İnvestisiya Şirkəti (10%), Avropa Yenidənqurma və İnkişaf Bankı (10%), "Azer Invest Company" MMC (1,2%), "Chelsea Capital" (0,9%) və fiziki şəxslərdir (8,9%).
Xəbər verildiyi kimi, hazırda “Holcim” ASC Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli sement istehsalı bazarında ASC-nin payı 35-40% təşkil edir.