“Azərsu” ASC çərşənbə axşamı Bakının Xətai rayonunda su təchizatına məhdudiyyət qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərsu”dan məlumat verilib.
Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq.
Bununla əlaqədar Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi və Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.