Niderland Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə Niderland Krallığı Senatının üzvü Rene Van der Linden Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla Bakıda görüşü zamanı deyib.
R.Van Der Linden Niderlandın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə, Azərbaycanın isə aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, H.Əsədovu oktyabr ayında Niderland Krallığında keçiriləcək biznes foruma dəvət edib.
Nazir kənd təsərrüfatı sahəsində Niderland Krallığının Azərbaycanda həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib. O, hər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini bildirib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.
H.Əsədov baytarlıq, fitosanitar, kartof toxumçuluğu, “Aqropark”ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.