ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üzrə proqramların tərəfdarıdır. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.
“ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üzrə proqramları dəstəkləyir”, - deyə vasitəçi “Twitter” səhifəsində yazıb.