Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat təqdim olunacaq.
Bununla yanaşı, saytın istifadəçiləri teatrın kollektivinin iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Saytda, həmçinin teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar yer alacaq