Çərşənbə günü Azərbaycan və İsrailin xarici işlər nazirləri Elmar Məmmədyarov və Aviqdor Liberman XİN-lərarası diplomatik məsləhətləşmələrin keçirilməsinə dair protokol imzalayıblar.
Sənəd Azərbaycan və İsrail XİN başçılarının Bakıda keçirilən görüşünün yekunları üzrə imzalanıb.
İmzalanma mərasimindən öncə nazirlər təkbətək və geniş tərkibdə danışıqlar aparıblar. Tərəflər bir sıra mühüm məsələlərlə yanaşı, ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.