Mayın 7-də Bakının tarixi mərkəzində “Qız Qalası” V Beynəlxalq İncəsənət Festivalı açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İDEA – Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq, Müasir İncəsənət Muzeyi və İçərişəhərdə yerləşən “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə keçiriləcək.
Festival Qız Qalasının qarşısındakı meydançada müxtəlif ölkələrdən gələn rəssamların iştirakı ilə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd Azərbaycanın ən qədim və sirli abidəsi və Bakının simvolu olan Qız Qalasının tanıdılmasından ibarətdir.
Festival mayın 9-dək davam edəcək.