ABŞ Azərbaycanı strateji tərəfdaş kimi dəstəkləyir. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.
“Azərbaycan strateji tərəfdaşlıq məsələsində ABŞ-ın güclü dəstəyinə malikdir”, - deyə o, özünün “Tvitter” səhifəsində yazıb.
Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan diplomat Vaşinqtonun bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.
“ABŞ tərəflərə davamlı sülhə nail olmaqda kömək etməyə hazırdır”, - deyə amerikalı vasitəçi vurğulayıb.