Prezident İlham Əliyev cümə axşamı Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında yerləşdirilmiş məlumatda deyilir.
Prezidentə məlumat verilib ki, İcra Hakimiyyətinin dördmərtəbəli binasının inşasına 2012-ci ilin avqustunda başlanılıb və işlər bu ilin aprelində başa çatdırılıb.
İ.Əliyev binada yaradılan şəraitlə tanış olub, rayonun əhalisinə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.