Azərbaycanın ali məktəblərinin magistraturasına plan yerlərinin sayı 5% azaldılıb. Bu barədə cümə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.
“Bu il magistraturanın qiyabi şöbəsinə qəbul olmayacaq”, - deyə M.Abbaszadə bildirib.
Onun sözlərinə görə, ötən il magistraturaya plan yerlərinin sayı 6,954 min təşkil etsə də, 5,500 min bakalavr qəbul olunub.
“Bu tədris ilində ali məktəblərin magistraturasına 6,565 min plan yeri ayrılıb”,- deyə o bildirib.
Rus bölməsinin məzunları üçün “Azərbaycan dili” fənni üzrə qəbul imtahanları mayın 4-də keçiriləcək.