2014-2015-ci dərs ilində 97 mindən artıq abituriyent tam orta təhsil bazasında ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
97,321 min abituryent qəbul imtahanlarında iştirak etmək üçün elektron sənəd verərək təsdiq edib. Onlardan 88,559 min nəfər Azərbaycan, 8,762 min nəfər rus bölməsinin məzunudur”, - deyə komissiyanın sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 35,562 min, II qrup üzrə 23,475 min, III qrup üzrə 26,167 min, IV qrup üzrə 12,117 min abituriyent sənəd verib.
Qeyd olunub ki, ötən il 100,683 min elektron sənəd təqdim edilib. Sənədlərin qəbulu 1-30 aprel tarixlərində həyata keçirilib.