Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış və qəbul imtahanlarının vaxtını açıqlayıb.
“Buraxılış imtahanları bölgələrdən asılı olaraq iyunun 8, 13, 18 və 24-də keçiriləcək. Məktəblilər üçün eksternat buraxılış imtahanları isə iyunun 29-da keçiriləcək”,- deyə TQDK sədri Məleykə Abbaszadə cümə axşamı mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, məktəbi bu il bitirən məzunlar üçün qəbul imtahanları I və IV ixtisas qrupları üzrə iyulun 12-də, II və III ixtisas qrupları üzrə iyulun 20-də keçiriləcək.
A.Zeydullayeva.