Masallı rayonunda 16 yaşlı qız 8 yaşlı bibisi oğluna sui-qəsd edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ərəb kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva saxlanılıb. O, bibisi oğlu, 2006-cı il təvəllüdlü Mahir Həsənova 15-dən çox bıçaq zərbəsi vurub. Hadisənin səbəbi hələ ki, məlum deyil. Çoxsaylı yaralara baxmayaq, Mərkəzi Rayon Xəstəxanasına çatdırılan oğlanın həyatını xilas etmək mümkün olub.
Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
C.Həmidov.