Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulu elan edir. Bu barədə TQDK-dan məlumat verilir.
Belə ki, mayın 12-dən iyunun 12-dək elektron qaydada sənədlərin qəbulu keçiriləcək. Abituriyentlər ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər.
Bundan başqa, mayın 4-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək.
İmtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunudur. 35 abituriyent ali təhsil müəssisələrinin, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçiriləcək.