“SOCAR Petroleum” (SOCAR - Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi) İSO 9001 standartına uyğunluq sertifikatı alıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Şirkət “Keyfiyyəti İdarəetmə Sistemi” standartı olan İSO 9001:2008 ilə yanaşı, İSO 18001:2008 (“Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə Sistemi”), İSO 14001:2005 (“Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemi”) və İSO 22000:2005 (“Qida (Ərzaq) Məhsullarının Təhlükəsizliyi İdarəetmə Sistemi”) standartı olan beynəlxalq sertifikatları da alıb.
Məlumatda vurğulanır ki, “SOCAR Petroleum” həmin beynəlxalq sertifikatları almaq məqsədilə “SC Racis Management Systems SRL” şirkətini yoxlamaya dəvət edib. Keçirilən yoxlamaların nəticəsi olaraq qeyd olunan bütün sahələrdə beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq edilib.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur.