Azərbaycan bütün xalqların dinc və yanaşı yaşadığı ölkə, tolerantlıq nümunəsidir. Bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman cümə axşamı Bakıda mətbuat konfransında bəyan edib.
“Azərbaycan bizim üçün yaxın dost, bütün xalqların yaşaması üçün tolerant ölkə nümunəsidir”, - deyə A.Liberman qeyd edib. O söyləyib ki, yəhudilər min illərdir bu torpaqlarda öz evlərindəki kimi yaşayırlar.
“Azərbaycanla İsrail arasında bu gün mövcud olan münasibətlər ən yüksək səviyyədədir”,- deyə diplomat vurğulayıb.