Azərbaycan Dövlət Aqrar Universitetinin 4 tələbəsi Avropanın müxtəlif universitetlərinə təhsil almaq hüququ qazanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
ADAU-nun 4 tələbəsi ERASIMUS proqramının İnfinity layihəsi çərçivəsində Avropanın müxtəlif universitetlərinə təhsil almağa gedəcəklər.
“3 tələbə Portuqaliya, Sloveniya və Estoniya universitetlərinin magistraturasına daxil olub, 1 tələbə isə 4-cü kursu bakalavriat səviyyəsində Avropa ölkələrindən birində davam etdirəcək”, – deyə ADAU-nun rektoru İbrahim Cəfərov Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universiteti Baytarlıq fakültəsinin dekanı Ahmet Güner ilə görüşdən sonra bildirib.
Onun sözlərinə ADAU Türkiyənin ali məktəbləri ilə 15 müqavilə imzalayıb.
“Onlardan biri də Konya şəhərində yerləşən Səlcuq Universiteti ilədir. Bu universitetdə 74 min tələbə təhsil alır”, - deyə o bildirib.
Rektorun sözlərinə görə, 4 gün ərzində ADAU-da əməkdaşlığın prespektivlərinə həsr olunmuş görüşlər keçirəcək Səlcuq Universitetinin nümayəndələri fakültələr arasında münasibətlərin prespektivlərini müəyyənləşdirəcək.
“3 ay bundan əvvəl universitetlərimiz arasında Mövlanə proqramı çərçivəsində anlaşma memorandumu imzalanıb. Bununla müəllimlərimiz qarşılıqlı olaraq dərs keçmək hüququ, tələbələrimiz isə dərslərdə iştirak etmək imkanı qazanıb”, – deyə A.Güner bildirib.
F.Mehdiyev