Bakıda məişət tullantıları poliqondan döyüş sursatı tapılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları Balaxanı qəsəbəsi ərazisində yerləşən poliqondan 1 ədəd qumbara, 1 ədəd fişəng, 1 ədəd zenit silahının mərmisi, 418 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və 1 bıçaq aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.