Mayın 6-da Tiflisdə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili və Türkiyə prezidenti Abdulla Gülün iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sammitdə dövlət başçıları əməkdaşlığın inkişafı, eləcə də beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.