2014-cü il aprelin 1-nə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli (o cümlədən ipoteka kreditləri üzrə) 906 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2014-cü il yanvarın 1-nə bankların belə kreditlər üzrə portfeli 890,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-mart aylarında bankların qeyd olunan kreditlər üzrə portfeli 1,7% artıb.
Cari ilin fevral ayı ilə müqayisədə martda bankların daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 1,52% artıb.
Ümumilikdə bankların ümumi kredit portfelinin 5,68%-i daşınmaz əmlakın tikintisi və alışı üzrə əqdlərin kreditləşdirilməsinin payına düşür, 2013-cü ilin yekunları üzrə bu göstərici 5,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 26,6% artıb.