5-8 may tarixlərində Bakıda Azərbaycanın NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.
Azərbaycanın Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.