ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində sirk nömrəsinin uğursuz yerinə yetirilməsi nəticəsində 10-dan çox adam xəsarət alıb.
Hadisəyə gimnastların üzərində olduqları konstruksiyanın uçması səbəb olub.
Yıxılan qızlar və aşağıda rəqs edən rəqqas ağır xəsarətlər alıb, daha bir neçə nəfər isə yüngül yaralanıb.
Tamaşa dayandırılıb və yaralılar xəstəxanaya çatdırılıblar. 1 nəfərin vəziyyəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur.