Azərbaycanın cənub bölgəsində yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümünə səbəb olub. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ələt-Astara magistralının 124-cü kilometrliyində - yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində "Hyundai Santa Fe" markalı avtomobil idarəetməni itirərək kanala düşüb. Nəticədə sürücü və sərnişin (sürücünün qardaşı) hadisə yerində həlak olublar. Daha bir sərnişin (sürücünün qardaşı oğlu) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiyaya görə, qəzaya avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.