Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova Danimarkada “Türk Günü” ilə bağlı keçirilən konsert proqramında çıxış edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan təmsilçisinin çıxışı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Konsert zamanı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi çıxış edərək hamını D.Kazımovaya səs verməyə çağırıb.
Azərbaycan və Türk diaspor təşkilatlarının təşkil etdiyi “Türk Günü”ndə 1300 nəfərdən artıq qonaq iştirak edib.
59-cu "Eurovision-2014" mahnı müsabiqəsi 2014-cü il mayın 6-dan 10-dək Danimarkada keçiriləcək.
D.Kazımova müsabiqədə «Start a Fire» kompozisiyası ilə çıxış edəcək.