“Bank VTB” (Azərbaycan) ASC 11 min manatadək nağd kreditin verilməsində müştərilərin sığortalanmasını ləğv edərək kredit şərtlərini yaxşılaşdırıb.
“Beləliklə, “Bank VTB” (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur”, - deyə məlumatda qeyd olunur.
“Bank VTB” (Azərbaycan) fiziki şəxslərə - tərəfdaş şirkətlərin əməkdaşlarına sərfəli şərtlərlə və girovsuz 11 min manatadək nağd kredit təklif edir.
Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə illik faiz dərəcəsi 20%-dən başlayaraq nağd kreditlər əldə edə bilər. Kreditin məbləği 300 manat, müddəti 6 aydan 36 aya qədərdir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən Azərbaycan “AF-Bank”ının səhmlərinin 51%-nin alınmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.