Ötən həftə Azərbaycan polisi axtarışda olan 58 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (28 aprel-4 may) baş vermiş bədbəxt hadisələr nəticəsində 13 nəfər həlak olub, 23 nəfər yaralanıb və zəhərlənib, 8 intihar hadisəsi qeydə alınıb.
2 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 34 nəfər oğurluqda, 7 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda, 8 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 9 fakt qeydə alınıb.