Bakının Nəsimi rayonunda təcili tibbi yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS telekanalı məlumat verib.
Təcili tibbi yardım maşını "Opel" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində təcili tibbi yardım maşınında olan bir tibb işçisi yüngül xəsarət alıb.
Şahidlərin sözlərinə görə, qəzaya təcili tibbi yardım maşınının işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəb olub.