12-17 noyabr 2014-cü il tarixlərində Bakıda Komputer Oyunları üzrə 6-cı Dünya Çempionatı - “6th e-Sports World Championship BAKU 2014” keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verir.
Komputer Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında memorandum imzalanıb.
İmzalama mərasimində Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak edib.
Çempionat “Crystal Hall”da keçiriləcək.
Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var. Yekun nəticədə IeSF yarışların aşağıdakı növlər üzrə keçiriləcəyini müəyyənləşdirib: kişilər arasında DOTA 2 (VALVE) və STARCRAFT II: HEART OF SWARM (BLIZZARD), qadınlar arasında STARCRAFT II: HEART OF SWARM (BLIZZARD); TEKKEN TAG TOURNAMENT 2 (NAMCO BANDAI).
Hazırda çempionatın proqramına Street Fighter Series, Hearth Stone, Pro Evolution Soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilati və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.
R.Babayev