Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-dan məlumat verilib.
İmtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib, imtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri “məqbul” qiyməti alıb. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.
İmtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2014-ci il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçirilib.
A.Zeydullayeva