Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək sessiyada Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçəcək.
Səfər çərçivəsində E.Məmmədyarovun xarici həmkarları ilə ikitərəfli görüşləri planlaşdırılır.