Mayın 21-də Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda seminar keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında bildirilir.
Seminarda sığorta dələduzluğuna qarşı mübarizədə müasir tendensiyalar, həmçinin müxtəlif ölkələrin bu istiqamətdə təcrübəsi müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunur.
Tədbirdə avtomobil sığortası bazarında xərclərin və dələduzluğun azaldılmasının müasir yolları xüsusilə diqqət mərkəzində olacaq.
Seminarda Azərbaycan, Rusiya və Qazaxıstanın sığorta şirkətlərinin nümayəndələri iştirak edəcək.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.