SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın bir neçə rayonunun qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar səhər saatlarından 18:00-dək İsmayıllı və Şəmkir rayonlarının bir hissəsinə qazın verilişinə məhdudiyyətlər qoyulub.
Bundan başqa, saat 13:00-dan 15:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göygöl rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.