Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə çərşənbə axşamı Bakıda orta və orta ixtisas təhsili müəssisələrinin 8-11-ci sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Müsabiqə artıq səkkizinci dəfədir keçirilir. Tədbirin təşkilatçıları Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.
8 nəfər birinci, 7 nəfər ikinci, 11 nəfər üçüncü yerə layiq görülüb.
Müsabiqədə 119 nəfər iştirak edib, onlardan 10 nəfər VIII, 29 nəfər X, 28 nəfər XI sinif, 25 nəfər orta ixtisas məktəblərinin şagirdləridir. Müsabiqə bütün respublika üzrə keçirilib.