5 may tarixindən etibarən “AGBank” İnternet Bank sistemini tətbiq edib. Bu barədə bankın məlumatında deyilir.
Məlumata görə, İnternet Bank xidmətindən “AGBank”ın bütün yeni və mövcud müştəriləri istifadə edə bilərlər.
İnternet Bank sistemi müştərilərə dünyanın istənilən yerindən hesabların «online» idarə edilməsinə imkan yaradır.
“AGBank” 1992-ci ildə təsis edilib və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalı 25 mln. manata bərabərdir. Bankın səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası (17,5%), “Kazimir Partners” şirkəti (10%), fiziki şəxslər - Çingiz Əsədullayev (27,532%) və Fərzulla Yusifovdur (23,111%). Bundan başqa, bankın 74 minoritar səhmdarı var (onların payı 21,856%-dir).