Çərşənbə axşamı Serbiyanın Türkiyə və Azərbaycandakı səfirliklərinin hərbi attaşesi, polkovnik Qoran Miloşeviç Bakıya səfərə gəlir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Serbiyanın diplomatik mənbələrindən məlumat verilib.
Bakıya səfər zamanı Q.Miloşeviç Müdafiə Nazirliyində bir sıra görüşlər keçirəcək. Tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.