Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının sammitində iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdə olan prezident İlham Əliyev çərşənbə axşamı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində olub. Bu barədə “Lider” telekanalı məlumat verib.
Qeyd olunub ki, muzeyin fəaliyyətinin əsas istiqamətləri Gürcüstanda Azərbaycan mədəniyyəti və irsinin qorunmasıdır.
Daha sonra dövlət başçısı Azərbaycanın bu ölkədəki səfirlik kompleksi və “SOCAR-Georgia” şirkətinin Tbilisidəki inzibati binası ilə tanış olub.
Hazırda prezident Gürcüstan və Türkiyə dövlət başçıları ilə sammitdə iştirak edir. Üç prezident son 20 il ərzində bu ölkələrin müxtəlif sahələrdə əməkdaşlığının yekunlarını müzakirə edirlər. Gündəliyə, həmçinin cari məsələrin və perspektivlərin müzakirəsi daxildir.
Sammitin sonunda ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.