Çərşənbə axşamı Azərbaycan 2014-cü il aprelin 20-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılan erməni, 1956-cı il təvəllüdlü Vaqif Mayelyanı Ermənistan tərəfinə qaytarıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında məlumat verilir.
Həmin şəxs Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.