Maliyyə Nazirliyi 2014-cü ildə 600 mln. manat məbləğində dövlət istiqrazlarının emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
QKDK 2014-cü ilə Maliyyə Nazirliyinin üç növ dövlət istiqrazlarının emissiyasına dair planını qeydiyyata alıb.
Xüsusilə 200 mln. manat məbləğində dövlət qısamüddətli istiqrazlarının emissiyası planlaşdırılır. Emissiya hər birinin nominal dəyəri 100 manat olan 2 mln. ədəd istiqraza bölünüb.
Bundan başqa, 200 mln. manat məbləğində dövlət ortamüddətli istiqrazlarının emissiyası planlaşdırılır. Emissiya hər birinin nominal dəyəri 100 manat olan 2 mln. ədəd istiqraza bölünüb.
Bundan başqa, cari ildə Maliyyə Nazirliyi 200 mln. manat məbləğində geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının emissiyasını planlaşdırır. Emissiya hər birinin nominal dəyəri 100 manat olan 2 mln. ədəd istiqraza bölünüb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Maliyyə Nazirliyi 600 mln. manat məbləğində dövlət qısamüddətli istiqrazlarının, o cümlədən 200 mln. manat məbləğində ortamüddətli istiqrazların və 200 mln. manat məbləğində geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının emissiyasını planlaşdırmışdı.
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 29 avqust 2002-ci il tarixində imzalanan saziş əsasında keçirilir.