Azərbaycan “Eurovision-2014” mahnı müsabiqəsinin final mərhələsinə keçib.
Azərbaycanı təmsil edən Dilarə Kazımova Kopenhagendə "Start a Fire" kompozisiyası ilə çıxış edib. Səvermənin nəticələrinə görə, Azərbaycan bu il 59-cu dəfə keçirilən müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıb.
"Start a Fire” mahnısı avropalı müəlliflər - Yohan Kronland, Alessandr Quthard və
Stefan Orn tərəfindən yazılıb.
Səsvermənin nəticələrinə əsasən, Azərbaycan, Monteneqro, Macarıstan, Ermənistan, San-Marino, Ukrayna, İsveçrə, Niderland, İslandiya və Rusiya təmsilçiləri finala vəsiqə qazanıblar.
A.Zeydullayeva