SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Günəşli” yatağının dayazsulu hissəsində əsaslı təmirdən sonra yeni quyunu istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilir.
220 nömrəli quyu 15-ci dəniz özülündən qazılıb. Təmir işlərindən sonra quyunun sutkalıq debiti 75 ton neft, 18 min kubmetr qaz təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın neft hasilatının 65%-ə qədərini təmin edir.