Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini tarixi ədalətsizlik hesab edir.
Böyük Vətən müharibəsi illərində Sovet İttifaqının hərbi texnikasının 85-90%-ni neft və yanacaqla Bakı təmin edib”, - deyə Z.Əsgərov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “demək olar ki, müharibədə qələbəni Bakı nefti qazanıb”.
“Böyük Vətən müharibəsində qələbənin qazanılmasına şəhərimizin verdiyi töhfə ilə əlaqədar keçmiş sovet dövründə Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini böyük ədalətsizlik sayıram”, - deyə Z.Əsgərov vurğulayıb.